EN

Azərbaycanda əhali avtomobil benzini və dizel yanacağına 2,4 milyard manat xərcləyib

2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 453,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-avqust ayına nisbətən 7,9% çoxdur.

Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 6,1% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. 

Təkcə avqust ayı ərzində əhali 352 milyon manatlıq avtomobil benzini və dizel yanacağı  alıb.

Chosen
88
fed.az

1Sources