EN

Orban Ursula fon der Lyayeni istefaya çağırdı

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen tutduğu vəzifəni tərk etməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

“Hərbi ritorika ilə çıxış edən Avropa Komissiyasının rəhbəri istefa verməlidir”, – deyə Orbanın sözlərini hökumət nümayəndəsi Zoltan Kovaç sosial şəbəkə X-də (əvvəlki Twitter) paylaşıb.

Baş nazirin sözlərinə görə, AK rəhbəri həmçinin onun qərarlarını dəstəkləməyən Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyələşməsini azaltmaqla hədələyib.

Qeyd edək ki, hələ fevral ayında Politico qəzeti Aİ ölkələrinin Avropa Komissiyası rəhbərinin birliyin xarici siyasətinə rəhbərlik etmək cəhdlərindən “boğaza yığıldığını” yazmışdı. Həmin vaxt fransız siyasətçi Florian Filippo fon der Lyayenin xüsusi tribunal qarşısına çıxarılmalı olduğunu bildirmişdi.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Ursula fon der Lyayen yenidən beşillik müddətə AK rəhbəri seçilmişdi.

Musavat.com

Chosen
18
musavat.com

1Sources