EN

Paşinyan Kanadada 17 milyona villa aldı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kanadada 17 milyon dollara dəbdəbəli bir malikanə aldığı iddia olunur.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə “Times of Canada” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Sent-Corc malikanəsi fransız qəsri üslubunda tikilib və Toronto şəhər mərkəzindən cəmi 35 dəqiqəlik məsafədə yerləşir. Rəsmi mülkiyyət sənədlərinə əsaslanan məlumata görə, malikanə 2024-cü ilin sonunda 17,1 milyon dollara satılıb. İlk baxışdan bu, Kanadanın elit daşınmaz əmlak bazarında adi bir satış kimi görünsə də, nəşrin aylarla apardığı araşdırma göstərib ki, alıcı ofşor şirkət əslində Ermənistanın Baş naziri Nikol Paşinyan üçün yaradılmış gizli vasitəçi qurumdur.

Sent-Corc malikanəsi adi yaşayış evi üçün demək olar ki, ağlasığmaz ölçülərə malikdir. 2600 kvadrat metr sahəsi olan bu villada 6 yataq otağı, 10 hamam otağı, qapalı hovuz, ev fitnes zalı və 5 avtomobillik qaraj var. Qeyd olunur ki, bu mülk məşhur “The Boys” serialının üçüncü mövsümünün çəkilişləri üçün istifadə olunub. Əmlak 2024-cü ilin sentyabr ayının sonunda, Paşinyanla Kanadanın Baş naziri Castin Trüdonun Parisdəki görüşündən bir həftə əvvəl satın alınıb.

Əsas vasitəçi kimi satış sənədlərində Arsinə Xandjyan adlı şəxs göstərilir. O, Kanadada yaşayan erməni əsilli aktrisa və vətəndaş hüquqları fəalıdır. Onun ailəsi 1915-ci ildə Osmanlı imperiyasını tərk etmiş ermənilərdəndir. Xandjyan 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən “məxməri inqilab”ın fəal tərəfdarlarından biri olub. İnqilabdan sonra Paşinyan ona və həyat yoldaşına Ermənistan vətəndaşlığı verib.

“Times of Canada” yazır ki, indisə o, artıq sadəcə ictimai dəstəkçi yox, Paşinyanın etibarlı adamına çevrilib.

“Kanadanın daşınmaz əmlak dairələrindəki mənbələr təsdiqləyib ki, Paşinyan adından məhz Xandjyan vasitəçi kimi çıxış edib, hüquqşünaslar tutaraq ofşor şirkət yaradıb, satıcının agentləri ilə əlaqəni özü qurub və bütün sənədləşməni elə təşkil edib ki, izlər birbaşa İrəvana aparmasın.

Müxalifət lideri olduğu dövrdə Paşinyan korrupsiya və oliqarx sisteminə qarşı çıxırdı. Onun siyasi kimliyi yeni, ədalətli və xalqa yönəlmiş Ermənistan vədi üzərində qurulmuşdu. İndi isə sual yaranır: bu 17,1 milyon dolların mənşəyi haradandır və Paşinyan rəsmi şəkildə heç vaxt getmədiyi Kanadada bu qədər dəyərli əmlakı niyə alıb? – deyə nəşr sual edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
5
konkret.az

6Sources