EN

Şirvan su kanalının istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

2027-ci ilin sonuna Şirvan su kanalının istifadəyə verilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, ölkənin ən böyük kanalı olan Qarabağ kanalının yenidən qurulması üçün layihə sənədləri hazırlanıb və gələn il işlərə başlanılacaq.

“Hədəf suların mühafizəsi, əhalinin və sahibkarlıq subyektlərinin maariflənməsinin genişləndirilməsi, su itkisinin qarşısının alınması və su ehtiyatlarının yeniden qiymətləndirilməsidir. Qiymətləndirilmə 30-40 il əvvəl aparılıb. Mövcud şəraitdə qiymətləndirilmə aparılmalıdır ki, sudan səmərəli istifadə üçün yeni qurğuların tikilişini planlaşdıraq. Qiymətləndirilmə olmadığı halda bu proseslərin həyata keçirilməsində ciddi problemlər yaşanır”, - deyə Rafiq Aslanov vurğulayıb.

 

Chosen
16
4
azertag.az

5Sources