EN

Parlamentdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin 2025-ci il payız sessiyası dövründə İctimai birliklər və dini qurumlar komitəsində bəzi rəsmi şəxslərlə görüşlər keçiriləcək.Modern.az-ın məlumatına görə, bu məsələ komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.Layihədə bildirilib ki, sessiya müddətində Qafqaz Müsəlmanları Ruhani İdarəsi, digər dini konfessiyaların, o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının rəhbərliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
9
modern.az

10Sources