“Zirə” yeni futbolçuyla anlaşıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Enrike Kustodionu heyətinə qatıb.
Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.
Bizim.Media