EN

Amerika siyasi uçurumun astanasındadır

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da tanınmış sağçı aktivist, "Turning Point USA" təşkilatının rəhbəri Çarli Kirkin qətli beynəlxalq mediada geniş rezonans doğurub.

Prezident Donald Tramp onun ölümünü təsdiqləyib və Kirkin “həqiqət və azadlıq uğrunda şəhid” olduğunu bildirib. Tramp bəyan edib ki, bu cinayətdə əli olan hər kəs, hətta qatilə maliyyə dəstəyi göstərən təşkilatlar da məsuliyyətə cəlb olunacaq. ABŞ-da bütün dövlət bayraqları həftə sonunadək yarıya endirilib.

Modern.az bildirir ki, 10 sentyabrda Yuta ştatındakı universitetdə debat zamanı naməlum şəxs Kirkə atəş açıb, güllə onun boğaz nahiyəsinə dəyib. Hadisə anı mobil telefon kameraları ilə qeydə alınıb. Polis ilkin olaraq saxlanılan yaşlı şəxsi şübhəli kimi göstərsə də, sonradan onun atəş açan olmadığını açıqlayıb.

31 yaşlı Çarli Kirk evli və iki azyaşlı övladı var idi. Tramp onu “Amerikanın gənclərinin səsini eşidən lider” adlandırıb və hücumu yalnız Kirkə qarşı yox, bütövlükdə ABŞ-a qarşı həyata keçirilmiş terror kimi qiymətləndirib.

"Reuters" yazır ki, Kirkin ölümü ABŞ-dakı dərin siyasi qarşıdurmaları bir daha üzə çıxarıb. Nümayəndələr Palatasında onun xatirəsinə planlaşdırılan bir dəqiqəlik sükut siyasi ittihamlarla müşayiət olunan mübahisəyə çevrilib. Bir sıra konqresmenlər digər qətllərin niyə belə diqqət çəkmədiyini soruşub və hadisənin “siyasətə alət edildiyini” bildiriblər.

"The Washington" Post isə bu hücumu ABŞ-da son aylarda artan zorakılıq hadisələrinin davamı kimi təqdim edir, Koloradoda İsrailyönlü yürüşə hücum, İsrail səfirliyi əməkdaşlarının qətli və Trampa edilən sui-qəsd cəhdləri ilə müqayisə aparır.

"The Wall Street Journal" Kirkə qarşı hücumun siyasi motivli ola biləcəyini vurğulayıb, belə halların davam edəcəyindən narahatlıq ifadə edib. CNN isə ABŞ cəmiyyətində artıq mövcud olan gərginliyin dərinləşəcəyini, qarşıdurmaların daha da kəskinləşə biləcəyini qeyd edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
modern.az

2Sources