EN

Şahzadə Harri 18 aydan sonra atası ilə görüşdü

Ötən gün İngiltərənin kral ailəsində əlamətdra gün yaşanıb. Şahzadə Harri 18 aydan sonra atası Kral III Çarlzla görüşüb.

BAKU.WS xəbər verir ki, o bunun üçün atasının iqamətgahı "Clarence House"a gedib.

Bu barədə "BBC" məlumat yayıb. Onların 55 dəqiqə söhbət etdiyi vurğulanıb.

Bu Şahzadə Harri ilə atası arasında 2024-cü ilin fevralından bu yana baş tutan ilk görüşü idi.

Harri "Artıq dava etməyin bir mənası yoxdur. Həyat daha qiymətlidir. Atamın nə qədər vaxtının qaldığını bilmirəm" -deyərək bu addımı atıb.

40 yaşlı Harri artıq bu gün ABŞ-yə həyat yoldaşı və uşaqlarının yanına qayıdacaq.

Chosen
23
far.az

1Sources