EN

Muxtar respublikada 343 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 19,1 faiz çoxdur. Sənaye məhsulunun 281 milyon 174 min 400 manatı və ya 82,0 faizi malların, 61 milyon 832 min 500 manatı və ya 18,0 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,6 faizi emal, 20,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Chosen
20
1
sia.az

2Sources