EN

Mustafayev və Qriqoryan Zəngəzur və Zəngilanda olublar

Delimitasiya komissiyalarının işi çərçivəsində Ermənistan və Azərbaycan nümayəndə heyətləri Zəngəzur (Sünik) və Zəngilana səfər ediblər”.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.

XİN-in açıqlamasında bildirilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Chosen
9
3
tribunainfo.az

4Sources