Kilian Mbappe Fransa yğmasında vurduğu qolların sayına görə 2-ci yerə yüksəlib.
"Football-plus.az" xəbər verir ki, o buna DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyununda (2:1) nail olub. Fasiləyə az qalmış qapıya yol tapan Kilian milli formada 52-ci qolunu vurub. “Real”ın hücumçusu Tyerri Anrinin göstəricisini (51) arxada qoyaraq 2-ci yerin tək sahibinə çevrilib.
Fransa yığmasında ən çox qol vuran oyunçu Olivye Jirudu. Hazırda “Lill”də çıxış edən 38 yaşlı hücumçunun hesabında 57 qol var.