EN

Suyun təmizlənməsi üzrə ixtisaslaşmış Çexiya şirkəti Azərbaycan bazarına çıxış imkanını nəzərdən keçirir

Bakı. Trend:

Çexiyanın sənaye texnologiyaları və su təmizləmə texnologiyalarıüzrə ixtisaslaşmış “MEGA a.s” şirkəti Azərbaycan bazarına çıxışimkanını nəzərdən keçirir.

Bunu Trend-əBakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı -“Baku Water Week” (Bakı Su Həftəsi)- çərçivəsində verdiyimüsahibədə “MEGA a.s.” əsas müştəriləri ilə iş üzrə meneceri MixailYirdaşek bildirib.

“Biz Azərbaycan bazarında işləmək, burada artıq mövcud olanzavodlardakı fəaliyyətdə olan xəttlərin müasirləşdirilməsinə köməkedəcəyimiz tərəfdaşlar tapmaq ,və ya misal üçün su bərpasınınyüksək səviyyəsinin əldə olunmasına vəsilə olan yeni “yaşıl”layihələrdə iştirak etmək istərdik”, -deyə o bildirib.

Menecerin bildirdiyinə görə, “MEGA a.s” şirkəti çirklənmiş suyun“sıfırdan” sifarişçi və ya tərəfdaşların tələb etdiyi səviyyəyəqədər təmizlənməsinə imkan verən texnologiyalar tətbiq edəbilər.

“Bizim həllin unikallığı ondadır ki, texnoloji xəttlərə biz özistehsalımız olan eletromembran texnologiyalar inteqrasiya edirik.Hər bir texnologiyadan ən yaxşı tərəfləri seçir və onlarıbirləşdiririk ki, həm suyun maksimal dərəcədə təmizlənməsi vəbərpası, həm də bütün prosesin iqtisadi səmərəliliyi təminedilsin,” - deyə M. Yirdaşek bildirib.

Məqalədə:
Chosen
86
az.trend.az

1Sources