ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Delimitasiya komissiyalarının işi çərçivəsində Ermənistan və Azərbaycan nümayəndə heyətləri Zəngəzur (Sünik) və Zəngilana səfər ediblər".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.
XİN-in açıqlamasında bildirilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.