EN

Nazirdən məktəbli avtobusları ilə bağlı AÇIQLAMA

"Məktəbli avtobusları ilə bağlı layihə tədricən genişlənəcək".

Avtosfer.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, hazırda bu layihə pilot olaraq mövcuddur.

"Layihə özəl-dövlət tərəfdaşlığı ilə həyata keçirilir. Valideyin qərar verir ki, mənim övladım o avtobusdan istifadə etsin, ya etməsin. Bu tədris ili ərzində tədricən həmin avtobusların sayı və istiqamətləri artırılacaq", - deyə nazir əlavə edib.

Chosen
31
5
avtosfer.az

10Sources