EN

Çarli Kirk güllələnərək öləcəyini 11 il əvvəl öncədən görüb: "Məni "AR-15" ilə vurdular?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-li mühafizəkar fəal Çarli Kirk güllə yarası alaraq öləcəyini 11 il əvvəl öncədən görüb və hətta sosial şəbəkələrdə müvafiq yazı da dərc edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Irish Star" nəşri məlumat verib.
Onun 2014-cü il iyunun 22-də "X" sosial şəbəkəsindəki paylaşımı diqqət çəkib.
"Məni "AR-15" ilə güllələdilər? Elə olana oxşayır", - deyə Kirk yazıb.
Bir çox istifadəçi bu paylaşımı öncəgörmə kimi qiymətləndirib.
Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da Yuta universitetlərindən birində çıxış edərkən güllələnib. Güllə onun boynuna dəyib və Kirk xəstəxanada həyatını itirib.
Polis qətldə şübhəli bilinən iki şəxsi saxlasa da, sonradan onları sərbəst buraxıb.
Chosen
35
oxu.az

1Sources