Müəllimlər üçün vahid məktəbli formasının yaradılması hələ ki nəzərdə tutulmayıb.
ONN media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, etik kodeksdə müəllimlərin geyimləri ilə bağlı tövsiyələr var:
"Bəzi yerlərdə belə təcrübə var, amma bizim gələcək zamanda belə planımız yoxdur".