EN

Emin Əmrullayev 201 nömrəli məktəbdəki qalmaqaldan danışdı

ain.az bildirir, Olke.az portalına istinadən.

Elm və təhsil naziri Emin Əmrullayev Bakının 201 nömrəli məktəbində 20 ildən çox işləyən üç müəllim işdən çıxarılması barədə suallara münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, nazir məsələnin araşdırıldığını deyib:"3 ay bundan əvvəl məzuniyyət dövründə adama inzibati tənbeh tədbiri görülmür. Qanuna əməl etməliyik.

Üç müəllimin işdən çıxarılması ilə bağlı onların yanındayıq. Hansısa direktorun müəllimləri ürəyi istəyib işdən çıxarması yanlışdır, amma nəzəri olaraq səlahiyyəti var. Bu iddia araşdırılacaq və qərar qəbul edikəcək. Bu sadəcə olaraq 201 nömrəki məktəbin problemidir və həll edəcəyik.

Müəllimlərədn gözləntimiz budur ki, qaydalara əməl etsin. Müəllim məktəbdə şou ilə məşğul ola bilməz. Orada haqq-ədalət öz yerini tapacaq".

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
olke.az

2Sources