EN

Maqsud İbrahimbəyovunfilmlərinin nümayişinə başlanılıb

Xalq yazıçısı Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir.

Kulis.az xəbər verir ki, Nizami Kino Mərkəzində layihənin açılışı olub.

Yaradıcılıq Mərkəzinin rəhbəri, yazıçının həyat yoldaşı Anna İbrahimbəyova layihənin təşkilinə dəstək verən qurumlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda kinosevərlər "Balans" studiyasının bərpa etdiyi, ssenari müəllifi M.İbrahimbəyov olan "Bizim Cəbiş müəllim" bədii filmini (rejissor Həsən Seyidbəyli, 1969) izləyiblər.

Qeyd edək ki, sentyabrın 13-dək davam edək retrospektiv baxış çərçivəsində "Uşaqlığın son gecəsi" ("Azərbaycanfilm",1968) "Truskavetsə kim gedəcək?" ("Tacikfilm",1977, rus dilində) və "Dəniz" ("Azərbaycanfilm", sənədli film, 1965) filmləri nümayiş etdiriləcək.

Chosen
26
2
kulis.az

8Sources