EN

ABŞ-də Kirkin qətlində mistik təsadüf ortaya çıxdı

ABŞ-li mühafizəkar siyasətçi və fəal Çarli Kirk özünə qarşı sui-qəsd anında ABŞ-də silahlı zorakılıqdan danışırmış.

Moderator.az-ın xəbərinə görə, bu barədə CNN kanalı məlumat verib.

Jurnalistlər qeyd ediblər ki, bunu hücumdan əvvəlki son dəqiqələrin stenoqramı göstərir.

Xüsusilə də tədbir iştirakçılarından biri Kirkdən son 10 ildə neçə transseksual amerikalının kütləvi atışmaların günahkarına çevrildiyini soruşub.

"Olduqca çox", - deyə Kirk cavab verib.

Bundan sonra siyasətçi ilə tamaşaçı arasında kütləvi atışmalarla bağlı müzakirə başlayıb. Məhz bu anda Kirk ölümcül yara alaraq yıxılıb.

Nüfuzlu fəal, ABŞ Prezidenti Donald Trampın tərəfdaşı və ABŞ-nin "Turning Point USA"nın (TPUSA) icraçı direktoru Çarli Kirk Yuta ştatında yerli universitetlərdən birində keçirilən tədbirdə çıxışı zamanı güllə yarası alıb və xəstəxanada həyatını itirib.

Chosen
15
1
moderator.az

2Sources