EN

Türkiyə media imperiyasında kütləvi həbslər

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, episentri ölkənin ən böyük media holdinqlərindən birində aparılan genişmiqyaslı cinayət araşdırması çərçivəsində “Can Holdinq”in 10 əsas fiquru haqqında həbs qərarı çıxarılıb. Onlar“cinayətkar təşkilat yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” maddələri ilə ittiham olunurlar.

Hazırda holdinqin bütün binalarında axtarışlar davam edir. Hüquq-mühafizə orqanlarının sözlərinə görə, istintaq tədbirləri“geniş və çoxsəviyyəlidir”.

“Holdinqin tərkibində qanuni sahibkarlıq adı altında pərdələnmiş cinayətlərin sistemli şəkildə törədilməsi üçün kompleks struktur yaradılıb. Şirkətlərdənn mənşəyi bilinməyən milyardlarla lirə cəlb edilən mürəkkəb maliyyə sxemləri üçün istifadə olunurdu”,- Türkiyə Baş Prokurorluğunun rəsmi açıqlamasında deyilir.

İrəli sürülən ittihamlara aşağıdakılar daxildir: “saxta sənədlər və hesab-fakturalar olmadan əməliyyatlar vasitəsilə vergidən yayınma”, “mənbəyi gizlətmək üçün törəmə şirkətlər arasında vəsait dövriyyəsi”, “şəriklərə qondarma borclar vasitəsilə kapitalın süni şəkildə artırılması” və “çirkli pulların yuyulması”.

“MASAK” maliyyə kəşfiyyatının gəldiyi nəticələrə görə, təşkilat nüfuzunu genişləndirmək və statusunu qanuniləşdirmək üçün media, təhsil, maliyyə və enerji kimi əsas sektorlarda kriminal fondlara böyük sərmayələr yatırıb.

Prokurorluq “Can Holdinq”in fəaliyyətinin iqtisadi təhlükəsizliyə xələl gətirdiyini, vergi sistemini sarsıtdığını və bazarı təhrif etdiyini vurğulayır.
121 şirkətin bütün aktivlərinə həbs qoyulub. Hakimiyyət onların üzərinə Əmanət Sığorta Fondundan (TMSF) qəyyumlar təyin edib.

Prokurorluğun nümayəndəsi istintaqın bütün istiqamətlər üzrə davam etdirildiyini və onun gedişinin ictimaiyyət üçün mümkün qədər şəffaf olacağını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
26
azvision.az

1Sources