EN

Aeroportdan şəhərə taksi qadağası başladı? Bolt dan AÇIQLAMA

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından tətbiq vasitəsilə taksi sifariş etmək olmur.

Aeroport ərazisində “Bolt” və “Yango” mobil tətbiqinə daxil olan sərnişinlərə əvvəlki kimi seçim imkanı tanınmır.Liman ərazisində “Bolt” və “Yango” xidmətləri deaktiv olunduğundan sərnişinlərə yalnız “London taksi”ləri və “Bolt Aeroport” seçimi tanınılır.

Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat təşkil edir.Qeyd edək ki, daha öncə məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanı açıqlama yayıb.Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə yüksəksəviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir.

Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir.Onu da əlavə edək ki, aeroporta taksi ilə səfər etmək əvvəlki qaydada davam edəcək.

Bəs sərnişinlər hava limanından şəhərə qayıdarkən “Bolt” mobil tətbiqi vasitəsilə taksi sifariş edə bilirmi?

“Cebheinfo.az”-a açıqlama verən “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova bildirib ki, aeroport ərazisində “Bolt” mobil tətbiqi yeni taksi qaydaları ilə fəaliyyətini davam etdirir:

“Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək.

Bu məqsədlə “Bolt” mobil tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.

Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaq.Qeyd edək ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir”.

Gülər 

“Cebheinfo.az”

Açar sözlər:

Aeroport taksi Nigar Kazımova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
cebheinfo.az

2Sources