EN

İsveç Polşaya müdafiə sistemləri göndərəcək

İsveç bəzi pilotsuz təyyarələrin Polşanın hava məkanını pozması ilə əlaqədar təcili olaraq Polşaya təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək.

Busaat.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak bildirib.

“Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə avadanlıqları və təyyarələrin göndərilməsi barədə məlumat aldım”, – deyə Polşalı nazir qeyd edib.

Kosinyak Polşaya hansı təyyarələrin və hava hücumundan müdafiə vasitələrinin göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Yeganə

 

Chosen
16
2
busaat.az

5Sources