EN

Bağçada dayə tərəfindən uşağa təzyiq göstərilməsi iddiaları TƏSDİQLƏNMƏDİ

"Barama" adlı uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb.

**09:01

Bakının Nəsimi rayonunda yerləşən "Barama" adlı uşaq bağçasında azyaşlının şiddətə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, sentyabr ayının 2-də Bakının Nəsimi rayonunda yerləşən bağçaların birində uşağa qarşı kobud rəftar edilməsi ilə bağlı polisə məlumat daxil olub:

"Məsələ ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".

***10.09.2025, 23:00

Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı pis rəftar edib.

Bu barədə uşağın valideyni Aysel Gheibi Mokarrami BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.

Onun sözlərinə görə, Hüseyinbala Əliyev 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı A.G.M. Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb.

"Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında çızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Gheibi Mokarrami bildirib.

Hadisənin görüntülərini təqdim edirik:

Chosen
23
8
far.az

10Sources