EN

Çin Tayvanla bağlı ABŞ-a xəbərdarlıq edib

Çinin xarici işlər naziri Vanq Yi ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı ABŞ-ı öz maraqlarına dair diqqətli olmaq barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Məlumatda bildirilib ki, Vanq Yi ABŞ tərəfinin son vaxtlar Çinin qanuni hüquq və maraqlarına qarşı səsləndirdiyi mənfi bəyanatların, habelə Pekinin daxili işlərinə müdaxilələrin ikitərəfli münasibətlərin yaxşılaşmasına və inkişafına zərər verdiyini bildirib.

Nazir ABŞ-ı söz və əməlində diqqətli olmağa, xüsusilə Çin-in əsas maraqlarına aid məsələlərdə — məsələn, Tayvan mövzusunda — ehtiyatlı davranmağa çağırıb.

Vang bildirib ki, Çin və ABŞ II Dünya Müharibəsi zamanı militarizm və faşizmə qarşı birlikdə mübarizə aparıblar, indi isə yeni dövrdə iki tərəf dünya sülhü və rifahı üçün birlikdə çalışmalı, qlobal çağırışları həll etməli və böyük ölkələr kimi öz üzərlərinə düşən məsuliyyəti daşımalıdırlar.

Chosen
11
5
apa.az

6Sources