"Sertifikatlaşma prosesində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə bağlı uğursuz nəticə göstərənlər 7 318 nəfər olub".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.
O qeyd edib ki, 60 yaşı tamam olmuş heyət 7.9 min nəfərdir:
"Qənaətbəxş nəticə göstərənlər 39.2 min nəfər olub.Yüksək nəticə göstərən lər isə yəni balı 51 və yuxarı olanlar 17.4 min nəfərdir. Eləcə də 3 ili tamam olmayan heyət 5.8 min nəfərdir. Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra 72 mindən çox təhsilverənin əməkhaqqına əlavələr ediləcək".