EN

Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntusu törədən 6 sürücü müəyyən olunaraq saxlanılıb.
Avtoxuliqanlıq edən "Hyundai" markalı, 77-US-937 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Həmçinin VAZ-21214 markalı 77-YG-901, "Ravon" markalı 77-FK-726, VAZ-21214 markalı 99-HO-110, VAZ-21214 markalı 43-BF-108 və "Opel" markalı 77-PU-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.
Chosen
21
1
oxu.az

10Sources