EN

Kallas: Avropa Qəzzadakı vəziyyəti dayandıra bilmir

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Qəzza zolağında baş verənləri dayandırmaq Avropa üçün mümkün deyil, çünki ABŞ İsraili açıq şəkildə dəstəkləyir.

Bakıvaxtı.az EFE-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

Onun sözlərinə görə, Aİ fələstinlilərin hüquqlarının müdafiəsində beynəlxalq arenada fəal oyunçuya çevrilib. Lakin bu, kifayət deyil:

“Gərgin vəziyyət davam edir və biz onu dayandıra bilmirik. Çünki bildiyiniz kimi, ABŞ İsrail hökumətini və onun addımlarını qətiyyətlə dəstəkləyir”, - Aİ rəsmisi vurğulayıb.

Kallas həmçinin qeyd edib ki, münaqişənin dayandırılması üçün özünün əvvəlki ali nümayəndə Cosef Borreldən daha çox iş gördüyünə inanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
5
bakivaxti.az

6Sources