EN

Müəllimlərin işdən azad edilməsi ciddi problemlər yaradır - DEPUTAT

Müəllimlərin tez-tez imtahan verməsi onların psixologiyasına pis təsir edir. Biz dərslərdə də bunu görürük. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib. 

O qeyd edib ki, müəllimlərin işdən azad edilməsi ciddi problemlər yaradır:

"Elm və Təhsil Nazirliyi onları müxtəlif inzibati işlərə cəlb etsə də, bunun daha yaxşı alternativ tapmaq lazımdır".

Chosen
36
2
modern.az

3Sources