EN

Deputat: 65 yaşına çatan müəllimlər var ki, işləmək istəyir

“65 yaşına çatmış elə müəllimlər var ki, fəaliyyətlərini davam etdirmək istəyirlər. Bununla bağlı problemlərimiz var”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov deyib.

Anar İsgəndərov bildirib ki, çox hallarda onlar imtahana gedir və uğur qazanmır, amma özünü haqlı sayır: “Bu problemlər var. Özüm də müəllim olduğum üçün onlarla necə davranmaq lazım olduğunu bilirəm”.

Chosen
35
4
apa.az

10Sources