EN

Çarli Kirkin qətlində təhlükəsizlik niyə təmin edilmədi?

Çarli

Mühafizəkar fəal Çarli Kirkin qətli şahidləri Ceremi və Emi Kinq bildiriblər ki, Yuta ştatı universitetində keçirilən tədbirdə təhlükəsizlik səviyyəsi kifayət qədər yüksək olmayıb. “Ətrafıma baxdım… heç bir mühafizə yox idi. Biz dərhal içəri daxil ola bildik. Mənim biletim var idi, amma heç kim onu yoxlamadı,” – deyə Emi Kinq CNN-ə açıqlama verib.Şahidlərin sözlərinə görə, onlar tələbələrin sıx izdihamından keçərək birbaşa ön sıraya qədər gedə biliblər və tədbirdə təhlükəsizlik tədbirlərinin olmaması onları təəccübləndirib.The New York Times daha əvvəl yazmışdı ki, Kirki təxminən 180 metr məsafədən atəşə tutublar.Bu arada ABŞ prezidenti Donald Tramp Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan “hamını və hər kəsi” tapacağına söz verib.Ulusum.az

Diqqət Çəkənlər

Qışa tərəvəzli ragu hazırlayırıq

ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur

İlqar Nadiri vəzifəsindən ayrıldı

Chosen
31
ulusum.az

1Sources