EN

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb

Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.

Bildirilib ki, sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınıb.

Bu gün erkən saatlarda Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. 10 ailə (39 nəfər) Qırmızı Bazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

 2025-ci ilin sonunadək Xocavənd rayonunun müxtəlif kəndlərində 1 552 evin təmir edilərək keçmiş məcburi köçkün ailələrinə təhvil verilməsi planlaşdırılır.

Aytac

Chosen
30
3
anews.az

10Sources