EN

“Havalandırma sisteminin səsindən qapı pəncərə açmaq olmur” Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Bayıl qəsəbəsi, Əlibəyov qardaşları 10 ünvanındakı köhnə tikilidə yaşayan sakinlər ərazidəki yeni tikilidə quraşdırılan qurğudan narazıdırlar.

“Qafqazinfo”nun məlumatına əsasən, sakinlər Baku TV-yə bildiriblər ki, həmin qurğudan gələn səs onlara günün 24 saatı rahatlıq vermir, xüsusən də axşam saatlarında vəziyyət dözülməz olur.

Onlar qeyd ediblər ki, iki ildən çoxdur ki, bu əziyyəti çəkirlər: “Binada qoca və xəstə sakinlər də yaşayır. Qurğunun səsindən yata bilmirik. Məsələ ilə bağlı qurumlara dəfələrlə müraciət etmişik, lakin dəyişən heçnə yoxdur. Havalandırma sisteminin səsindən nə evdə oturmaq, nə telefonla danışmaq, nə də qapı-pəncərə açmaq olur. Yayda 5 dəqiqə də olsun pəncərə aça bilmədik”.

MTK-nın nümayəndəsi Əfsanə Kərimova isə bildirib ki, istilik infrastrukturundan eşidilən səslərlə bağlı məlumatlıdırlar. Məsələnin aradan qaldırılması üçün texniki işlərə başlanılıb. 

Daha ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
qafqazinfo.az

2Sources