Bakı. Trend:
Dünyadakı su ehtiyatlarının yalnız 4 faizini insanlar normalistifadə edə bilərlər.
Trend xəbərverir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri ZaurMikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günününaçılış mərasimində deyib.
O bildirib ki, suyun insanların xeyrinə istifadə oluna biləcəkmiqdarı çox azdır: "Su qıtlığının qarşısını anbar, kanal, borutikməklə almaq qeyri-mümkün olacaq.
Bundan başqa, əhalinin sayı artıb. Suya olan tələbat həddindənartıq çoxalıb. Sənayeləşmə, urbanizasiya kimi amillər də suqıtlığına səbəb olar. Çünki suya olan neqativ təsirlər də öz mənfieffektini göstərir".