EN

ABŞ-da Rusiyaya qarşı "Cekson-Venik aktı"nın bərpası gündəmə gətirilib

ABŞ Konqresinə Rusiyaya qarşı Cekson-Venik düzəlişinin yenidən qüvvəyə minməsi üçün qanun layihəsi təqdim edilib.

Musavat.com xəbər verir ki, təşəbbüsün müəllifi olan konqresmen Coy Vilson bildirib ki, Polşaya hücumdan sonra Rusiyaya qarşı "Cekson-Venik aktı"nı bərpa edəcək qanun layihəsi “onunla bütün ticarəti dayandıracaq".

O əlavə edib ki, “Prezident Obama və Con Kerri (ABŞ-ın keçmiş dövlət katibi – red.) Rusiya ilə yalnış yumşalma zamanı bu qanunu nahaq yerə ləğv ediblər” və “Trampın bunu düzəldəcəyinə” ümid etdiyini bildirib.

Qeyd edək ki, Sovet İttifaqı ilə ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişi 1974-cü ildə qəbul edilib və 2012-ci ildə prezident Obamanın dövründə ləğv olunub.

Musavat.com

Chosen
26
musavat.com

1Sources