EN

Tanker partladı: Ölən və yaralananlar var

Meksikanın paytaxtı Mexikoda dünən günorta saatlarında baş verən partlayış şəhərdə təşvişə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, yanıcı maddə ilə dolu bir tankerin yeraltı keçiddə aşması nəticəsində baş verən partlayışda ən azı 3 nəfər həyatını itirib, 70-dən çox insan yaralanıb.

Yerli rəsmilər partlayışdan sonra əraziyə çox sayda yanğınsöndürən və təcili yardım maşını göndərildiyini bildiriblər. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb, bəzilərinin vəziyyəti ağırdır.

Partlayışdan sonra yüksələn alov ətrafdakı avtomobillərə də keçib. Güclü tüstü səbəbindən ərazidəki yollar bağlanıb, təhlükəsizlik qüvvələri hadisə yerində nəzarəti təmin etməyə çalışıblar.

Rəsmilər hadisənin səbəbi ilə bağlı araşdırma başladıldığını, bölgədə işlərin davam etdiyini açıqlayıblar.

Chosen
83
cebheinfo.az

1Sources