EN

ABŞ üçün qaranlıq məqam: Tramp onları tapacağına söz verdi

ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirkin öldürülməsindən əsəbiləşib və cinayətdə əli olan hər kəsi tapıb cəzalandıracağını vəd edib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Oval Ofisdən dörd dəqiqəlik videomüraciətdə prezident “Yuta ştatındakı kollec şəhərciyində Çarli Kirkin dəhşətli qətli ilə bağlı kədər və qəzəblə dolu olduğunu” söyləyib.

"Çarli milyonları ruhlandırdı və bu gecə onu tanıyan və sevənlərin hamısı şok və dəhşət içində birləşdi", - Ağ Ev rəhbəri deyib.

Tramp ailəsinin yaxın siyasi müttəfiqi və şəxsi dostuna çevrilən Kirklə yaxın əlaqələrini qeyd edib.

"Bu, Amerika üçün qaranlıq məqamdır" deyən prezident fəalın ölkəni gəzmək və "yaxşı niyyətli debatda" iştirak etmək səylərini təsvir edərək əlavə edib.

Tramp həmçinin Kirkin “həqiqət və azadlıq uğrunda öldüyünü” olduğunu qeyd edib və mərhumun ailəsi üçün dualar oxumağa çağırıb.

Chosen
5
publika.az

1Sources