Türkiyənin “Habertürk” və “Show TV” kanalları dövlət nəzarətinə götürülüb.
İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.
“Habertürk” və “Show TV” də daxil olmaqla holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.
Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.