EN

Lavrov: Rusiya Qətərlə həmrəydir və İsrailin hücumunu pisləyir

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərli həmkarı Məhəmməd Əl Tani ilə telefon danışığı zamanı Dohaya endirilən İsrail zərbələri ilə bağlı mövqeyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Lavrov Qətər xalqı və rəhbərliyi ilə həmrəylik ifadə edib.

“Ölən Qətər vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı, yaralananların tezliklə sağalması arzusu çatdırılıb”, – məlumatda deyilir.

Rusiya tərəfi həmçinin İsrailin hücumunu kəskin şəkildə pislədiyini bir daha bəyan edib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
dogru.az

2Sources