EN

“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb

“Habertürk”

Türkiyənin “Habertürk” və “Show TV” kanalları dövlət nəzarətinə götürülüb.

İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.

Reyting.az-ın məlumatına görə,“Habertürk” və “Show TV” də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.

Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.(APA)
Chosen
13
8
reyting.az

9Sources