EN

Trampın silahdaşı öldürülüb VİDEO

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az bildirir ki, ABŞ Federal Təhlükəsizlik Bürosunun direktoru Keş Patel belə açıqlama verib. “Çarli Kirkin həyatına son qoyan bugünkü dəhşətli atışmada şübhəli bilinən şəxs hazırda həbsdədir. Biz FTB ilə əməkdaşlığa görə yerli və Yuta hakimiyyətinə təşəkkür edirik. Bacardığımız qədər yenilikləri təqdim edəcəyik”, - Keş Patel “X” sosial şəbəkəsində yazıb. Kirk Yuta vadisindəki universitetdə çıxış edərkən güllələnib. Boynundan güllə yarası alan Kirk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra silahdaşının ölümü barədə açqılama verən ABŞ prezidenti Donald Tramp dövlət bayraqlarının yarıya qədər endirilməsi əmrini verib. - Böyük və hətta əfsanəvi Çarli Kirk öldü. ABŞ gənclərini Çarli kimi heç kim başa düşmədi və ya heç kim gəcnlər üçün belə bir ürəyə sahib deyildi. Onu HAMI, xüsusən də mən, sevirdi, hörmət edirdi, indi o, artıq aramızda deyil. Mən və Melaniya onun gözəl həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk. Çarli, biz səni sevirik”, - Amerika lideri “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Hadisədən sonra əvvəlcə yaşlı bir kişinin saxlandığı barədə görüntülər yayımlandı və Yuda vadisi universiteti şübhəlinin həbs edildiyini söylədi. Lakin sonradan universitet şübhəlinin hücum edən şəxs olmadığını bildirdi. “Yuta ştatının İctimai təhlükəsizlik komissarı Bo Meyson keçirdiyi mətbuat konfransında bildirib ki, Corc Zinn adlı şəxs ədalətin bərqərar olmasına maneçilik göstərmək ittihamı ilə həbs edilib”, - “NBC News” telekanalı xəbər verib. Kirkin qətlinə gəlincə, Meyson bunun “bir nəfərə hədəflənmiş hücum olduğunu və bir atəş açıldığını” vurğulayıb. Yuta ştatının qubernatoru Spenser Koks bunu “siyasi sui-qəsd” adlandırıb. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
azvision.az

2Sources