EN

94 yaşını paraşütdə qeyd etdi - TULLANDI

Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Kvinslend əyalətində yaşayan Betti Qreqori 94 yaşını qeyri-adi şəkildə - 3 600 metr yüksəklikdən paraşütlə tullanaraq qeyd edib. Bununla da qadın artıq beşinci dəfə paraşütlə tullanıb.

Hafta.az xəbər verir ki, Betti Qreqorinin paraşütlə tullanmaq həvəsi hələ 1940-cı illərdə, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri Qadın Korpusunda aerofotoqraf kimi xidmət etdiyi dövrdə yaransa da, o dövrdə qadınlara belə imkan verilməyib.

Betti Qreqori bu istəyini yalnız 1970-ci ildə reallaşdıra bilib. O vaxtdan bəri Betti Qreqori dörd doğum gününü paraşütlə tullanaraq qeyd edib. /ABC.net.au/

 

Chosen
36
5
hafta.az

6Sources