EN

Dünya bazarlarında neft ucuzlaşdı

Sentyabrın 10-da dünya bazarlarında neftin qiymətində cüzi azalma qeydə alınıb.Metbuat.az xəbər verir ki, “Nyu-York Mercantile Exchange”də (Nymex) WTI markalı xam neftin oktyabr fyuçerslərinin qiyməti 0,08 ABŞ dolları və ya 0,13% azalaraq 63,59 dollar/barel təşkil edib. “ICE” birjasında noyabr fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti isə 0,06 dollar və ya 0,09% enərək 67,43 dollar/barel olub.Qiymətlərin azalması investorların qlobal tələblə bağlı ehtiyatlı mövqeyi və bazarda təkliflə bağlı qeyri-müəyyənliklə əlaqələndirilir.


Chosen
22
6
metbuat.az

10Sources