EN

Şəmkirdə 74 yaşlı kişi faciəli şəkildə öldü

BAKI, 11 sentyabr. TELEQRAF

Şəmkir rayonunda 74 yaşlı kişi faciəli şəkildə ölüb.

Teleqraf-ın xəbərinə görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

Şəmkir şəhər sakini, 1951-ci il təvəllüdlü Nəriman Sadıqov sentyabrın 10-da, saat 15 radələrində qonaq getdiyi Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində gəzərkən anidən ürək tutması səbəbindən su arxına yıxılaraq ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
15
teleqraf.com

1Sources