EN

Çarli Kirk xəstəxanada dünyasını dəyişdi

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Utah Valley Universitetində bir tədbirdə güllələnən amerikalı mühafizəkar şərhçi, “Turning Point USA” mühafizəkar gənclər təşkilatının icraçı direktoru və həmtəsisçisi, Donald Trampın müttəfiqi Çarli Kirk xəstəxanada dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı ABŞ Prezidenti Donald Tramp da təsdiqləyib.

Xatırladaq ki, ötən gün Ç. Kirk Utah Valley Universitetində keçirilən bir tədbirdə güllələnmişdi. Onun öldürülməsi çoxsaylı şahidlər tərəfindən lentə alınıb.

Universitet kampusun bağlı olduğunu və növbəti xəbərdarlığa qədər dərslərin ləğv edildiyini açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu onun qətlinə belə reaksiya verib:

“Yalanlara qarşı mübarizə aparan və Yəhudi-Xristian sivilizasiyasının astanasında möhkəm dayanan İsrailin aslan ürəkli dostu. Çarli Kirk həqiqəti dediyinə və azadlığı müdafiə etdiyinə görə öldürülüb”.

Qatil olduğu iddia edilən şəxsin tutulması ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur. İstintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
yeniavaz.com

2Sources