EN

iPhone 17 Pro qrafik testdə MacBook Air M2-ni üstələyib

Apple-ın yeni iPhone 17 Pro modeli Geekbench testində MacBook Air M2-dən daha yüksək nəticə göstərərək, smartfonlarla noutbukların güc fərqi barədəki stereotipləri sındırıb. Bu barədə sosial şəbəkə X-də istifadəçi @TheAppleDesign bildirib.

Geekbench məlumatına görə, MacBook Air M2 Metal GPU testində orta hesabla 42 min bal toplayır. Apple A19 Pro çipi ilə təchiz olunmuş iPhone 17 Pro isə 45 min bal nəticə göstərib.

Bu nəticə Apple-ın yeni smartfonunun qrafik performans baxımından artıq yüngül noutbuklarını geridə qoyduğunu və mobil cihazların gücünün artdığını göstərir.

N.Təbrizli

Chosen
44
anews.az

1Sources