Missiya.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milli, irqi, dini və vətəndaşlığına görə heç bir bölgü olmadan hər kəsə şamil edilir.
Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.
Deputat xüsusilə kommunikasiyaların açılması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub.
“Məsələn, onların pasportları yoxlanılacaqmı, məsələn, Ermənistan Respublikası ərazisində cinayət törətsələr, saxlanılıb mühakimə olunacaqlarmı? Xamoyan soruşub.
Paşinyan cavab verib ki, Ermənistan müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışır. Xüsusilə, sərhədləri keçmək məsələsində.
"Onlar adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətindən keçəcəklər. Yəni sərhədçilərin iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edəcəklər" - deyə, hökumət başçısı izah edib.
Elcan
Missiya.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.