EN

Türkiyədə “Habertürk” və “Show TV” telekanallarına həbs qoyuldu

İstanbul Küçükçəkməcə Respublika Prokurorluğu, aralarında Can Holdinq sahibləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 8 nəfər haqqında həbs qərarı çıxarıb. 

Missiya.Az xəbər verir ki, “Habertürk” və “Show TV” də daxil olmaqla holdinqə tabe olan 121 şirkət ələ keçirilib.

Bildirilib ki, holdinq rəhbərliyinə qarşı “cinayət təşkilatı yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb.

Daşqın Həsənov

Missiya.Az

Chosen
63
2
missiya.az

10Sources