EN

Xocalının Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç karvanı yola salınıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı Bazara 10 ailə, 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım

Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
22
azertag.az

10Sources