EN

Öz yurduma qayıtdığıma sevinirəm - Qırmızıbazar sakini

Bakı. Trend:

Öz yurdumuza - Xocavənd rayonunun Qırmızıbazar kəndinəqayıtdığıma sevinirəm.

Bunu Trend-əaçıqlamasında Xocavənd sakini Quliyev İlyas deyib.

Onun sözlərinə görə, 22 yaşında məcburi şəkildə tərk etdiyiyurda 55 yaşında qayıdır. Bütün bu illər ərzində hər zaman özyurdunda yaşamağı arzulayıb.

"Artıq öz ata-baba yurduma qayıdıb ailəmlə birlikdə yaşamaqistəyirəm. Bütün keçmiş məcburi köçkünlərə öz yurdunda yaşamasınıarzulayıram.

Prezidentimizə təşəkkürümü bildirirəm ki, bizim öz yurdumuzaqayıtmağımıza şərait yaradıb", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43mindən çox insan yaşayır.

Chosen
18
az.trend.az

1Sources