EN

OpenAI və Oracle şirkətləri 300 milyard dollarlıq müqavilə imzalayıb

ain.az bildirir, Apa.az portalına istinadən.

ChatGPT-in yaradıcısı olan ABŞ şirkəti "OpenAI" şirkəti süni intellektin (Sİ) inkişafı üçün "Oracle" korporasiyası ilə 300 milyard dollar dəyərində, beş illik müqavilə bağlayıb.APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "Oracle şirkətinin yeni gəlirlərinin böyük hissəsi "OpenAI" ilə razılaşmadan qaynaqlanır.Müqavilənin məbləği "OpenAI" şirkətinin hazırkı dövriyyəsini xeyli üstələyir və bulud hesablama sahəsində indiyədək bağlanmış ən böyük sazişlərdən biri hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
1
apa.az

2Sources